Karınca seriyası modellərimiz, 25 sm-dən 85 sm-ə qədər dərinlikdə kökdən və yandan torpaq qazma xüsusiyyətinə malikdir. Məhsul yığımından sonra torpağa daxil olaraq anız qalıqlarını parçalayır, torpaqdakı sərt təbəqəni (taban daşını) qıraraq torpağı yumşaldır və bu da əkin bitkilərinin daha məhsuldar yetişməsinə kömək edir. Uzun illər torpağın davamlı sürülməsi nəticəsində, çizi altı hissədə bitki köklərinin inkişafına mane olan sıx təbəqə formalaşır. Bu təbəqə “taban daşı” adlanır. Əgər bu təbəqə qırılmazsa, zamanla məhsuldarlıqda əhəmiyyətli azalma yaranır. Bu təbəqənin qırılması üçün 40–85 sm dərinlikdə işləyən Cansa Dib Qazan (Karınca modeli) istifadə olunur. Dib qazanın, 25 sm dərinlikdə işləyən kotana nisbətən daha dərinə işləməsi sayəsində torpağın hava və su keçiriciliyi artır. Torpaq quru halda ikən ildə bir dəfə istifadəsi tövsiyə olunur.
Model | Sıra sayı | En (mm) | Uzunluq (mm) | Hündürlük (mm) | İş eni (mm) | Tələb olunan güc (hp) | Ağırlıq (kg) |
|---|---|---|---|---|---|---|---|
KARINCA - 300 | 3 | 1600 | 2700 | 1370 | 970 | 80 - 90 | 920 |
KARINCA - 500 | 5 | 2500 | 2700 | 1370 | 1850 | 110 - 150 | 1320 |
KARINCA - 700 | 7 | 3400 | 2700 | 1370 | 2770 | 170 - 230 | 1520 |
KARINCA - 900 | 9 | 4300 | 2700 | 1370 | 3670 | 250 - 310 | 2130 |